Uğurlu mikrobiznes yaratmaq üçün planlamaya, bazar araşdırmasına, hesablara maksimal diqqət yetirmək lazımdır. Belə olduqda bazarda özünüzə rahat yer tapmaq olar.

Bunun üçün öz maraq və bacarıqlarınızı analiz edin. Maraq və məsələnin anlaşılması çox vacibdir. Bilmdəyiniz sahədə yaxşı nəticə əldə etmək çox çətindir. Uğurlu başlanğıc üçün işin texniki tərəfini yaxşı bilmək lazımdır. Tələbi öyrənin, bazar araşdırması edin. Sosial şəbəkə və axtarış xidmətindəki sorğualrı incələyin ki, populyar mal və xidmətləri aşkar edəsiniz. Sonra auditoriyanın nə qədər qane olduğunu və təklif imkanlarını analiz edin. Unikal bir fikir yaradın. Seçdiyiniz sahədə rəqiblərin çox olması belə, hələ də boş istiqamət tapmaq olar. Biznes planını yaradın, xidmətinizi və ya məhsulunuzu necə və kimə təklif edəcəyinizi ətraflı düşünün. Bütün prosesi yazın, nəzərdə tutulan xərcləri hesablayın. Əgər bütün bu mərhələləri uğurla keçdinizsə, biznesin əsasını qoymağa başlayın.