Mühasibat uçotunun autsorsinqi kimə lazımdır

Mühasibat autsorsinqi real fəaliyyət göstərən, ”ağ” hesabat və “ağ” biznes aparan şirkətlər üçün uyğundur.

Startapların rəhbərliyinə fəaliyyətin başlanğıcında biznesin inkişafı üçün qüvvələri cəmləşdirməsi lazımdır. Mühasibat autsorsinqi köməkedici funksiyalara vaxt sərf etmədən, yeni yaranmış biznes proseslərinin ayarlaması üçün vaxt və güc əldə etməyə imkan verir. Eyni zamanda, startap sahibləri mühasibat uçotunun keyfiyyətinə əmin ola bilərlər və səhvlərdən qorunurlar.

Fərdi sahibkarlar bu xidmətə xüsusi ehtiyac duyurlar. Kiçik Biznes üçün autsorsinq mühasibat doğru qərardır, çünki ştat mühasibini işlə tam təmin etmək çətin olacaq, bununla yanaşı onun işini tam ödəmək də ucuz başa gəlmir. Azad mühasiblər də o qədər yaxşı seçim deyil, çünki onlar tək başına yüzlərlə müştəriyə xidmət edirlər. Ona görə də onlar vergi risklərinə zəmanət vermirlər.

Kiçik və orta müəssisələr üçün mühasibat xidmətləri biznes xərcləri optimallaşdırmağa imkan verir. Çünki, mühasibat şöbəsinin əməkdaşlarının bir hissəsinin iş az olur, digərlərini isə həddən artıq yüklənirlər. Ona görə də böyük ştat saxlamağa ehtiyac qalmır.

Holdinqlərə mühasibat uçotunun autsorsinqi əməliyyat xərclərini azaltmağa imkan verir və daha professional xidmət əldə edir. Autsorsinq şirkətləri də öz maliyyə vəsaitləri hesabına aşkar olunan səhvlərə görə məsuliyyət daşıyır. Bu da iri müəssisələr üçün çox vacibdir. 

Xüsusi fəaliyyət göstərən şirkətlər mühasibat uçotu və qanunvericiliyin incəliklərində xüsusi bilik tələb edir. Ştata alınmış dar sahəli mühasib çox baha başa gəlir. Bu halda da autsorsinq sərfəlidir. Autsorsinq şirkətlərində hər zaman spesifik sahəni bilən təcrübəli mütəxəssislər var.

Mövsümi biznes fəaliyyətinin azalması dövründə mühasibatı saxlamaq sərfəli deyil. Buna görə də aqrar-sənaye kompleksi, sezon qida istehsalı, turizm, otel, restoran biznes sahəsindəki şirkətlərində mühasibat xidmətlərinin autsorsinqinə tələb yüksək olur.

İki və daha çox təsisçisi olan şirkətlər mühasibat autsorsinqinə müraciət etməsi çox problemlərdən azad edir. Mühasibat funksiyalarının yan şirkətə verilməsi uçotun şəffaflığını və müstəqilliyini təmin edir. Təsisçilər mühasibata bərabər şəkildə nəzarət edirlər. Hər şey şəffaf, dürüst olduğu üçün münaqişələr üçün heç bir səbəb qalmır.