Sahibkarların ən çox etdiyi səhvlərdən biri də kadr uçotuna kifayət qədər diqqət yetirməməsidir, buna görə də zərər edirlər.

Əgər müəssisənin fəaliyyəti və kadr uçotu nəzarətə götürülməzsə, bu müəssisə üçün faciəvi nəticələnə bilər. Yoxlamalar, məhkəmələr, araşdırmalar… bu da problemin görünən az hissəsidir. Mənfəət əldə etmək yerinə, belə problemləri həll etmək nə qədər doğrudur?!

Bu məsələni Müəssisə iki yolla həll edə bilər:

Кadrlarla iş üzrə öz şöbəsini yaratmaq və müəssisədə digər şöbələrlə qarşılıqlı əlaqəsini təşkil etmək, yaxud HR-autsorsinq xidmətləri ilə məşğul olan kənar Agentliyi cəlb etmək.

Kadr xidmətlərinin autsorsinqi – kadrların uçot funksiyalarının kənar şirkətin idarə edilməsinə verməkdir. Onlar isə öz nüvbəsində, işə qəbul edilən personalın seçilməsi və qiymətləndirilməsini həyata keçirir, kadr uçotunu təşkil edir (işçilərin şəxsi işləri, əmək kitabçalarının uçotu və doldurulması, iş vaxtının uçotu), əməkdaşların işə qəbul olunması üzrə sənədlərlə iş aparır, kadr sahəsində mühüm təşkilati məsələlərə dair məsləhətlər verir, peşə təsnifatına uyğun vəzifələrin adlarını nəzarətdə saxlayır, kadr qeydiyyatının düzgün aparılmadığı dövr ərzində kadrların uçotunun bərpasına nəzarət edirlər.

Kadr autsorsinqində əmək hüquq münasibətlərindəki risklər azaldılır, müəssisənin öz ştatlarını yaratmağa ehtiyacı qalmır, ona görə də maliyyə xərcləri azalır, həmçinin bunun sayəsində də müəssisədə kadrlarla iş maksimal məhsuldarlığa yüksəlir.

Kadr autsorsinqi artıq tətbiq olunduğu zamandan özünü effektiv sistemi kimi təsdiqləyib. Bunun sayəsində bir çox müəssisələr öz fəaliyyətini daha effektiv edərək, uğura yol açıbıar.

Kadr xidmətlərinin autsorsinqi bizim şirkətin göstərdiyi xidmətlərdən biridir.