Müştəri ilk dəfə şirkət və onun məhsulu ilə tanış olarkən, onun əməkdaşını bir funksiya kimi qəbul edir. Lakin, bir müddətdən sonra bu əlaqə dəyişə bilər. Müştəri ilə əlaqələrin inkşafı üçün əməkdaşın gündəlik fəaliyyəti tələb olunur. Bu hərəkətlər ona, həmçinin şirkətə qarşı inam və rəğbət yaradır.

Müştəri ilə yaxın münasibət müştərinin ona xidmət edən əməkdaşı insan kimi qəbul etməsindən başlayır. Eyni zamanda satış menecerini müştəridə insan görərək, onunla şəxsi münasibətləri qurmaldır.

Müştəri ilə yaxınlaşma, ünsiyyət üçün psixoloji komfort zonası yaradır. Bunun həm üstün, həm də çatışmayan cəhətləri var.