Şirkətin müsbət imici müasir zamanın vacib şərtlərindən biridir. Artıq istehlakçı bir kliklə marka haqqında bütün məlumatları alır, rəqibləri ilə müqayisə edərək, seçim edə bilir. 

Biznesin imicinin yaradılması sadə proses deyil, lakin biznesin miqyasından asılı olmayaraq, ona xüsusi diqqət yetirilməlidir.

Şirkətin imici bazarda mövqeyini müəyyənləşdirir, onu rəqiblərindən fərqləndirir, potensial alıcıların diqqətini cəlb edir və daimi müştərilərin loyallığını qoruyur. Başa düşmək lazımdır ki, şirkətin imici birbaşa satışlara, gəlirlərə və müvafiq olaraq mənfəətə təsir göstərir.

Şirkət çoxlarının düşündüyü kimi məhsul və xidmətləri deyil, ideyanı satır, məhsullar isə bu ideyanın tətbiqi üçün vasitəçidir. Bu və ya digər malı alarkən alıcı maldan daha çox şey əldə edir. Məsələn, məşhur markanın krosovkalarını alarkən sağlam həyat tərzi, dəb və rahatlıq əldə edir. Son model smartfon isə həyatı asanlaşdıran yüksək texnologiyalar, motivasiya və özgüvən verir. 

İmic biznesin uğunun artmasına təsir edən amildir. Bəzən bazarın tələblərinə uyğun olaraq onu dəyişmək və yeniləmək lazımdır.

Dövrümüzdə hər kəs sanki internetdə yaşayır, oradaca məlumatları əldə edir, seçimini dəqiqləşdirir. Artıq həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. İnsanlar məlumat axtarır, dostluq edir və onlayn romanlar yaşayır, fikirləri ilə bölüşür və internet vasitəsilə alış-veriş edir. Ona görə, hər bir şirkət internetdə imicinə böyük diqqət yetirməlidir. İnternet ticarət markasının təşviqi, şirkətin imicinin yaradılması və müştərilərin onun haqqında olan təəsüratlarına diqqət etmək lazımdır, çünki bu inanılmaz imkanlar yaradır.