Bazarda mal və xidmətlərin böyük seçimi və rəqabəti mövcuddur.
Lakin, reklam rəqiblərin fonunda fərqlənməyə kömək edə bilər. Bazarda düzgün irəliləmə biznesə daha uğurlu olmağa kömək edir.
Əlbəttə ki, reklama maliyyə qoyuluşu lazımdır, lakin öz növbəsində satışları artırıraq şirkətə mənfəət gətirir. Ona görə də reklan biznes prosesinin mühüm hissəsidir. Reklam ödənişlərinə xərc kimi deyil, geri qayıdacaq investisiya kimi yanaşmaq lazımdır.
Reklam potensial müştərilərə məhsul və ya xidmətlər haqqında məlumatları göstərir, həmçinin rəqiblərin fonunda fərqlənməyə, marka ilə assosiasiya yaratmağa kömək edir. Geniş istehlakçıya yönəldilmiş müəssisələr üçün xarici reklam effektivdir. Dar ixtisaslaşdırılmış sahələri üçün isə online reklam daha uyğundur. Düzgün qurulmuş kampaniyanın tərtib olunması üçün biznesin və auditoriyanın xüsusiyyətlərini nəzərə almaq, kompleks yanaşmadan istifadə etmək lazımdır.
Reklamın əsas funksiyası alıcıya təsir etmək, müəyyən bir məhsul və ya xidmət əldə etməyə inandırmaqdır. O, həmçinin auditoriyanı məhsulun xüsusiyyətləri barədə məlumatlandırır və tələbata təsir göstərir.
Effektli reklam alıcının diqqətini cəlb edir, malların üstünlüklərini göstərir və seçimə təsir edən məlumatları verir. Reklam kampaniyasının vacib hissəsi onun kreatividir. O potensial alıcıların şüuraltına təsir edir. Öz növbəsində vizual tanış olan mallara və markalara etibar daha çox olur.
Reklam lazım olmayan malları almağa məcbur etmir, yalnız ona uyğun məhsulu seçməyə, istehlakçılara düzgün seçim etməyə kömək edəcək məlumat almaqda kömək edir.
Reklam kampaniyasının planlaşdırılması zamanı onu yaradıcılıq kimi yanaşmaq, onu orijinal və estetik formada, bazarda adət edilmiş sxemlərdən fərqli, yeni tərzdə etmək lazımdır.
Təqdimat və reklamın doğru və düzgün təşkili üçün reklam agentliklərinə yaxud biznes konsultantlara müraciət etmək məsləhətdir.