Pandemiya bitməmiş Ukraynada müharibənin başlaması bütün dünya iqtisadiyyatına neqativ təsirini göstərdi. Bunu xüsusilə Avrasiya kontinentinin ölkələri hiss edirlər.
Bu da ilk növbədə satış və alıcıların davranışındakı dəyişikliklərdə hiss olunur.
Ticarətə çox təsir edən yeni tendensiyalar ortaya çıxdı.
İnsanlar bahalı alış-verişdən – məişət texnikası, mənzillər, lüks əşyalar, səyahətlərdən imtina etməyə başladılar. Yeni avtomobil almaq üçün yüksək ön ödəmə tələbləri satışları azaldır. Yeni avtomobil əvəzinə Amerikadakı hərraclardan əldə olunan köhnə avtomobillər alınır yaxud alış niyyəti qeyri-müəyyən müddətə təxirə salınır.
İnsanlar xərclərini optimallaşdırırlar. Ərzaq mağazalarında alış-veriş zamanı insanlar qiymətlərə diqqət yetirməyə, daha ucuz alternativ məhsulları seçməyə başlayıblar.
Aksiyalar daha çox izlənir. Bu həm uzunmüddət istifadə olunan mallara, həm geyimlərə, həm də xüsusilə bahalı ərzaq məhsullarına aiddir. Ənənəvi mağazalar əvəzinə çoxları qənaət edə biləcəyi outletlərə keçir.
Alıcılar alış-verişə rasional yanaşmağa başladılar. Malların seçimi daha məqsədyönlü oldu. Alıcılar ümumiyyətlə mal almağa dəyərmi yaxud onsuz keçinə biləcəyini təhlil etməyə başladılar. Alışdan imtina edə bilmədikdə, fərqli variantları, onların xüsusiyyətlərini araşdırır və internetdəki alıcı rəylərini oxuyurlar. İmpulsiv alışların miqdarı əhəmiyyətli dərəcədə azalıb, indi emosiyaların təsiri altında çox vaxt yalnız çox ucuz mallar alınır.
Alıcı mal axtarmağa çox vaxt sərfiyatı, qiymətləri və keyfiyyəti uyğun bir mağaza aşkar etdikdə, gələcəkdə orada alış-veriş etməyə üstünlük verir.
Buna görə bazar araşdırmasını vaxtaşırı keçirmək, alınan nəticələr əsasında satış planlarına dəyişiklik etmək və reklam strategiyasını yenidən nəzərdən keçirmək çox vacibdir.