Ladies love to shopping together

Çox brendlər üçün yarışma sahəsi bir çox malların əmtəələşməsidir. Bu da ona dəlalət edir ki, müxtəlif istehsalçıların mallarının keyfiyəti və istifadə özəllikləri zamanla istehlakçıların gözündə fərqlənməz olur.

Müddət keçdikcə texnologiya baxımından daha mükəmməl olan mal kateqoriyaları əmtəələşir. Əgər yeni bir şey yaradılırsa, o çox qısa zamanda rəqiblər tərəfindən eynisi təklif edilir. Belə halda malın və şirkətin unikallığını hansısa xırda detallarda yaratmaq məcburiyyəti yaranır. Bu malda deyil, xidmət elementləri ətrafında baş verir.

“Təəsürat ekonomikası” satış və marketinqdə günümüzün ən vacib qlobal trendlərindəndir. Bu o deməkdir ki, getdikcə daha çox istehsalçılar və xidmət sahəsində çalışan şirkətlər nəinki malın keyfiyyəti haqqında, həmçinin istehlakçının bunlardan aldığı təcrübəyə diqqət yetirirlər. Təəsürat mala çevrilir və istehlakçı onun üçün daha çox pul xərcləməyə hazırdır.