Ticarət markasının tanınması gələcəyi düşünən hər bir şirkətin başlıca məqsədlərindən biri olmalıdır. Marka alıcılarda hörmət, etimad və bağlılıq yaradırsa, bu da uzunmüddətli satışlara çevriləcək. Ona görə, ilk növbədə, markanı bazarda tanıtmaq lazımdır. Bunun parlaq nümunəsi olaraq Apple şirkətini göstərmək olar.
Bəs bunu necə etməli. Brendin maraqlı tarixçəsini yaratmaq lazımdır: onu bu qədər unikal edən nədir və rəqiblərdən nə ilə fərqlənir. Sonra isə bu məlumatı çatdıra biləcəyiniz platfprmaları seçmək lazımdır. Pik saatlarında televiziya xəbərlərinə çıxıb, böyük vəsait sərf etməyə ehtiyac yoxdur. Yerli bloqlara, saytlara, onlayn xəbər saytlarına və radio stansiyalarına diqqət yetirmək lazımdır.
Elə bir “hekayə” yaratmaq lazımdır ki, onlar biznesiniz haqqında oxuculara, tamaşaçılara, dinləyicilərə maraqlı ola bilən və brendin uğur hekayəsini izah edərək, maraqlı xəbər yaysınlar. Həm də, bu məlumatı qısa və mahiyyəti üzrə təqdim etmək lazımdır. KİV nümayəndələrini maraqlandırmaq lazımdır ki, onlar sizin biznesiniz haqqında daha çox danışmaq istəsinlər.