Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Ağ mühasibatın üstünlükləri qara mühasibatdan dəfələrlə çoxdur. 

Ağ mühasibat bütün əməliyyatları qeydə alaraq, qanun çərçivəsində qeydiyyat etdiyi üçün, daha doğru maliyyə planlaması etmək mümkün olur. Vergi xidmətləri tərəfindən cərimə riski olmur. Banklardan kredit almaq yaxud investorlarla danışıqlar apararkən rəsmi maliyyə sənədləri və audit hesabatları təqdim edərkən daha çox inam və daha az sual olur.

Doğru mühasib və audit şirkətləri cəlb edərək doğru-düzgün mühasibat apararaq, rəsmi yolla, heç bir qanunu pozmadan vergi ödəmələrini azaltmaq mümkündür.