Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Demək olar ki, yerli biznesin bütün sahələri çoxsaylı rəqiblər tərəfindən “zəbt olunub”. Onlarla rəqabət aparmaq üçün “Rəqiblərin Təhlili”ni keçirmək lazımdır.

Rəqiblərin Təhlili – rəqiblərin konkret sahədə icmalı, onun müsbət və mənfi xüsusiyyətlərinin üzə çıxarılmasıdır. Bu məlumat gələcəkdə öz biznesinin yaxşılaşdırılmasına, yəni müştərilərin loyallıq və etibarın artırılmasına, həmçinin satışların artımına xidmət edir. Yəni, Rəqiblərin Təhlili – çatışmazlıqların və artım nöqtələrinin müəyyən edilməsidir.

Keyfiyyətli analitika olmadan, düzgün satış strategiyasını qurmaq mümkün deyil. Analitika sayəsində müştərilərə daha maraqlı və dəyərli təkliflər etmək mümkündür. Yüksək rəqabətli sahədə satışların artımı üçün digərlərindən fərqlənmək vacibdir.