“2022-ci il dünya iqtisadiyyatının tam bərpası, pandemiyanın bitməsi və COVİD19-dan öncəki vəziyyətə qayıdış ili olacaq. Dünya əhalisinin immunitetinə nail olunacaq və 2022-ci ildə geniş kütlə ixtiraçıların köməyi ilə yaradılan terapevtik preparatlarla təmin olunacaq.” – bu sözləri müştərilərə məktubunda JPMorgan-nın qlobal bazarlar üzrə baş strateqi Marko Kolanoviç qeyd edib.

JPMorgan tibb sahəsində sürətli proqress gözləyir. Bu da qlobal iqtisadiyyatın bərpasına təkan verərək, istehlakçıların və müəssisələrin xərclərinin artması ilə nəticələnək.

JPMorgan fond bazarının yavaş templə olsa da, artımını proqnozlaşdırır. Bank 2022-ci ilin sonuna qədər S&P500 indeksinin 5.050 punkta çatacağını gözləyir. Bu cari səviyyədən 8% yüksəkdir.