Yeni il öncəsi hədiyyələr etmə ənənəsi qəbul olunub. Bu siyahıya biznes partnyor və müştərilər də daxildir. Yaxşı korporativ hədiyyə bir neçə meyara uyğun olmalıdr: keyfiyətli və faydalı olmalı, müsbət emosiya yaratmalıdır.
Qələm, bloknot və təqvimləri unudun, onlar mobil texnologiyalar dövründə öz aktuallığını itiriblər. Hədiyyə yadda qalmalı, il ərzində istifadə edilərək brendizi xatırlatmalıdır.
Hədiyyə seçiminə yaradıcı münasibət yaradın, hədiyənin fərdi hazırlanması hissini yaradan açıqca əlavə edin. Çox bahalı hədiyyələr etməyin, çünki bu alan şəxsdə borclu olma hissini yarada bilər. Düşünün ki, siz nə hədiyyə almaq istərdiniz?!