“2023-cü il Dünya iqtisadiyyatı üçün pandemiyalı 2020-ci ildən daha çətin olacaq” – BVF-nin idarəedici direktoru Kristalina Georgieva 2022-ci ilin sonunda öz çıxışında bunu qeyd etmişdi. 

Qlobal iqtisadiyyatın böyüməsinin üç əsas oyunçusu – ABŞ, Çin və Avropa eyni zamanda yavaşlayır. Eyni zamanda, bütün dünyada inflyasiya real təhlükəyə çevrilib. Bir tərəfdən inflyasiyaya qarşı mübarizə prioritet olmalıdır, digər tərəfdən inflyasiyanı azaltmaq üçün mərkəzi banklar tərəfindən faizlərin artırılması iqtisadiyyatı daha da yavaşladır və qlobal resessiya riskini artırır. 

Pandemiya dövründə büdcə siyasətinin iqtisadiyyatı dəstəkləmək üçün ortaq bir məqsədi vardı, indi inflyasiya ilə mübarizə yavaşlamağı, resessiya isə əksinə, sürətlənməyi tələb edir.

Ukraynadakı hərbi münaqişə fonunda güclənən energetik böhran, Beynəlxalq Enerji Agentliyinin (IEA) qiymətləndirməsinə görə, əvvəlki bütün böhranlar arasında “ilk həqiqətən qlobal” olan enerji böhranıdır. Enerji qiymətlərinin artması həm yeni resessiya risklərini artırır, həm də inflyasiyanı dəstəkləyir.

“Altı ay əvvəl, pandemiyadan sonra, iqtisadiyyatın bərpasının yavaşlaması və bəzi xammal qiymətlərinin həddən artıq baha olması ilə bağlı çox narahat idik. İndi isə, 1970-ci illərin ortalarındakı böhrana görə itirilmiş onnilik vaxtları xatirəladan stagflyasiyadan daha çox qorxuruq” – Dünya Bankının baş iqtisadçısı Indermith Gill sentyabr ayında etiraf etmişdir. Georgieva öz proqnozunu əlavə edərək ”Vəziyyət yaxşılaşmadan əvvəl daha da pisləşəcəyini göstərir” demişdir.

Ancaq dünya və ən böyük inkişaf etmiş iqtisadiyyatlar, yəqin ki, ağır resessiyadan qaça biləcəklər. Ən pis gözləntilər reallaşmır, biznes artıq vəziyyətə uyğunlaşmağa başlayır və enerji böhranına səbəb olan yanacaq və elektrik enerjisinin yüksək qiymətləri nəzərəçarpacaq dərəcədə azalır.