Çox sahibkarlar şirkətlərinin maliyyə vəziyyətini hesabında olan vəsaitlərlə qiymətlərndirir. Biznes böyüyürsə bu yanlış addımdır. Qarşılıqlı öhdəliklərə diqqət yetirmək lazımdır. Əgər hesabda böyük məbləğ varsa, amma gələn ay bir neçə aylıq icarə haqqı ödənilməlidirsə, yanvar ayı üçün bu xərclər nəzərə alınmalıdır. Əgər sizə yüksək məbləğdə vəsait ödənişi olacaqsa, hesabdakı çatışmamazlıq onun hesabına kompensasiya olunacaq. Əgər şirkətin kredit üzrə borcu varsa, onları daha sərfəli şərtlərlə restruktizaiya etmə imkanını öyrənmək lazımdır.

Bitən il üzrə proyektləri analiz edib, ən gəlirli olanı təyin etmək lazımdır. Əgər biznes zərərlidirsə, malın yaxud xidmətin qiymətini artırmaq yaxud maya dəyərini azaltmaq lazımdır. Əgər proyekt zərərlidirsə, onu bağlamaq yaxud necə mənfəətə çıxarma yollarını axtarmaq lazımdır.