Kadrlar hər bir müəssisəsinin başlıca dəyəri və resurslarıdır.

Ona görə də, kadr uçotu, onun düzgün qurulması, mövcud qanunvericilik haqqında bilik tələb edən çox vacib sahədir.

Kadrlar şöbəsinin əməkdaşlarının doğru seçilməsi müəssisəni səhvlərdən yan keçməyə və bütün kollektivin hüquqlarının qorunmasına təminat verir.

Kadr uçotu – işəgötürən və işçi arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı proseslər və tədbirlər kompleksidir. O, ştat sayından və təşkilati-hüquqi formasından asılı olmayaraq hər bir müəssisədə mövcuddur.

Ümumiləşdirilmiş şəkildə kadr uçotu aşağıdakıları əhatə edir:

  • işçilərin şəxsi işlərinin formalaşdırılması;
  • əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması;
  • ştat cədvəlinin tərtib edilməsi və iş vaxtının uçotu;
  • xəstəlik vərəqələrinin, ərizələrin və tələb olunan yer üzrə arayışların rəsmiləşdirilməsi;
  • vergi orqanlarına dövri hesabatın təqdimatı;
  • məzuniyyət qrafikinə riayət olunmasına nəzarət və tərtib etmə;
  • kadr əmrlərinin hazırlanması;
  • yeni əməkdaşların qəbulu üzrə müvafiq sənədləşmələrin aparılması;
  • işçilərin attestasiyası və qiymətləndirilməsi üzrə iş;
  • şirkət əməkdaşlarının şəxsi məlumatlarının qorunması qaydalarına riayət edilməsi.

Təşkilatda Kadr uçotunun aparılmasının ən geniş yayılmış üsulu – kadrlar şöbəsinin yaradılması və ya kadrlar üzrə mütəxəssisin (HR) işə qəbul edilməsidir. Bu üsulunun əsas üstünlüyü təşkilatın öz prinsip və tələblərinə uyğun təşkil edilməsi imkanıdır, çünki əməkdaş ştat işçisidir.

Uçotun aparılması üçün digər variant isə kadr uçotu funksiyalarının autsorsinq şirkətinə verilməsidir. Təşkilati işlər, kadrların idarə olunması, onların təlimi və seçimi olan autsorsinq şirkəti tərəfindən aparılır. 

Əgər sizin müəssisənizə Kadr uçotunun düzgün təşkili tələb olunursa, bizim şirkətə müraciət edə bilərsiniz.