2020-ci ildə pandemiya başlayandan sonra biznes köklü şəkildə dəyişdi. Dünya sürətlə dəyişir, biznes vəziyyətə uyğunlaşmalı və yenidən qurulmalıdır. 

Əksər sahibkarlar gəlirliliyi təmin etmək üçün hansı istiqamətdə çalışmalı olduqlarını düşünürlər. “Yeni Dünya”-nın perspektivli istiqamətlərindən biri də onlayn təlimlərdir.  

2023-cü ildə onlayn təlimlərə maraq inkşaf göstərərək, bazar inkişaf etməyə davam edəcək. Bu sahədə yeni texnologiyalar yaradılır. Uşaqlar üçün oflayn təhsil biznesinin böyüməsi müşahidə olunur.

Mütəxəssislər aşağıdakı istiqamətlərə diqqət yetirməyi məsləhət görürlər:

İT və SMM peşələrində təlim. İnsanlar dünyanın hər yerindən işləmələrini təmin edəcək peşələrə yiyələnirlər. Bazarda proqramçılar, tərtibatçılar, tarqetoloqlar, kibertəhlükəsizlik və süni intellekt sahəsində mütəxəssislər tələb olunur.

Beynəlxalq diplomla uzaqdan ixtisasartırma proqramları. Yeni proqramlar və tətbiqlər yaranır, onlara tez uyğunlaşmaq lazımdır. Buna görə öyrənməyə kömək edə biləcək təlim kursları tələb olunacaq.

Sonrakı məşğulluğun təmin edilməsi şərti ilə ixtisaslarının tədrisi.

Uşaqlar üçün onlayn təhsil xidmətləri. Pandemiyanın başlanğıcından bəri illər ərzində valideynlər distant dərslər ideyası ilə tanış oldular və faydalarını qiymətləndirdilər. Məktəb proqramı, məktəbəqədər və əlavə təhsil proqramları üzrə distant təhsil artıq populyardır.

Xarici dillərin tədrisi. Müştərilər Qərb universitetlərində onlayn və oflayn təhsil məqsədi ilə xarici dillərlə daha çox maraqlanmağa başladılar.

Uşaqlar üçün onlayn təhsil xidmətləri. Uşaq inkişaf mərkəzlərində psixoloqlar, neyropsixoloqlar, loqoped kimi mütəxəssislər çalışır. Pandemiya dövründə bu sahədə heç bir kiçilmə müşahidə edilmədi. Orta və yuxarı məktəb yaşlı uşaqlar üçün məsləhət xidmətlətinin sayı artır.

Doğru iş istiqamətini seçmək gəlirli iş yaratmağa zəmanət verir.