Əmtəə nişanı — şirkətin simasıdır və ya malın tanınmasıdır. Ticarət markasını yaratmaq yetərli deyil, həm də qeydiyyatdan keçirmək lazımdır. Yerli sahibkarlar nadir hallarda bu barədə düşünürlər. TM-nın qeydiyyatı o qədər də baha deyil və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin “PƏNAH” (Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf) rəqəmli informasiya sistemi tərəfindən həyata keçirilir.

Qeydiyyatsız da keçinmək olar, amma qeydiyyatdan keçməyən TM istifadə edən şirkət müəyyən risklərə malikdir. İstənilən an rəqiblər yalnız tanınmış markanı qeydiyyatdan keçirərək, onların hüquqlarının pozulması haqqında şirkətə iddia qaldıra bilər.

Gündəlik həyatda “Ticarət Markası” birləşməsi az istifadə edilir, çox halda “brend”, “logo”, nadir hallarda “treydmark” deyilir. Oxşar mənakarın olmasına baxmayaraq, bunlar fərqli anlayışlardır. “Brend” sözü marketinqdən götürülmüşdür, malın və ya şirkətin imicini və fəlsəfəsini nəzərdə tutur, “loqo” orijinal təsvirdir və yalnız “treydmark” ticarət marka mənasını əks etdirir.