Biznes yaradıb, idarə etmək hər kəsin arzusudur. Öz biznesinin yaradılmasının səbəbləri müxtəlif ola bilər. Bəzilərində ideya əsas fəaliyyəti zamanı yaranır, digərləri pul qazanmaq məqsədi güdür, üçüncülər isə yeni nə isə yaratmaq istəyir, yəni startap. Birinci halda artıq biznesin inkşafı haqqında fikirlər var. İkinci halda uyğun bazar sahəsi tapmaq, üçüncü halda isə yeni ideya axtarmaq lazımdır.

Yeni ideyanı tapmaq üçün xarici keyslərə müraciət etmək olar, müəyyən yaranmış problemlərin həlli ola bilər, yaxud cəmiyyətin “yarasını” axtarıb, ona həll tapmaq, adi prosesslərin sürətləndirilməsi və yaxşılaşdrılıması, ağıllı və bacarıqlı iş adamları ilə ünsiyyət zamanı onların düşüncələrini inkşaf etdirmək.

Hər bir biznes ideyadan başlayır, amma davamı üçün dəqiq plan hazırlamaq lazımdır.