Yeni biznes proyekt üçün layihə hazırladıqda və ya mövcud olan biznesi genişləndirmək üçün şirkətə yeni bir partnyor cəlb etmək lazım gəlir. 

Çox vaxt ölkəmizdə partnyorlar arasında ciddi qarşıdurmalara qədər artan anlaşılmazlıqlar olur.

Əsas prinsip – partnyorun işdəki rolunu anlamaqdır. Hər seçim üçün bir neçə növ partnyor və tövsiyə var.

İnvestor

Maliyyə və ya texnologiyaya sahib bir investor həmtəsisçi olur və biznesdə mülkiyyətçi rolunu oynayır. İnvestor pul yatırır və ona mənfəətdən pay verərək şirkəti özünüz idarə edirsiniz. Belə bir sahibkar biznes üçün sərfəli hesab olunmur. Faizlə borc götürmək və investoru sahibliyə daxil etməmək mümkündürsə, bu ən yaxşı seçimdir. Onunla borc və ya investisiya müqaviləsi bağlaya bilərsiniz.

Mütəxəssis

Planlar işləmirsə belə bir tərəfdaş tələb olunur, ona görə işi idarə edəcək və inkşaf etdirəcək bir mütəxəssis lazımdır. Məsələn, İT mütəxəssisi və ya başqa bir dar profilli mütəxəssis. Belə bir vəziyyətdə onu partnyorluğa dəvət etmək və ona müəyyən bir pay vermək olar. Başqa bir seçim, şirkətin təsisçiliyinə dəvət etmədən yüksək əmək haqqı və dövriyyə və ya mənfəətdən faiz verərək onu işə dəvət etməkdir.

Peşəkar

Artıq işi bilən və idarə etmək təcrübəsi olan bir şəxs. Bütün tərəfdaşlıq seçimlərindən ən yaxşısı. Burada ya bərabər səviyyədə ortaq iş qura bilərsiniz, ya da onu mentorluğa dəvət edib, ondan işi öyrənə bilərsiniz.

Hansı variantın sizin üçün doğru olduğuna qərar verə bilmirsinizsə, biznes konsultantlara müraciət edə və məsləhət ala bilərsiniz.