Dempinq – qiymət müharibəsi üçün ilk addımdır. Nəticədə isə sahənin gəlirliliyi azalır, əsas oyunçular bazardan çıxır və yeni, daha ucuz və daha aşağı keyfiyyətli məhsullar təkif edən şirkətlər yaranır.
Qiymət azaldılmasına cavab olaraq, rəqiblər qiyməti aşağı çəkməklə cavab verirlər. Xərclərin yüksək olması isə gəliri azaldır, bu da biznesin inkişafını dayandırır. İnkişafa, istehsala və reklama sərmayə qoymaq artıq mümkün olmur. Qiymətlərin aşağı səviyyədə olması ilə əlaqədar xərclərin artması hər il mənfəəti azaldır. Qiymət artımı isə müştərilərin itirilməsinə yol açır. Perspektivdə biznesi bağlamaq məcburiyyəti yaranır.
Qiymət ilə rəqabət tədricən keçmişdə qalır. Alıcılar satıcının nüfuzuna, xidmət keyfiyyətinə və çeşidinə getdikcə daha çox diqqət yetirirlər. Dempinqdən isə hamı əziyyət çəkir: həm istehsalçılar, həm də satıcılar. Unikal təkliflərin hazırlanması, müştəriləri cəlb etmək üçün yeni metodların yaradılması ön plana çıxır.