Başqa bir şəxslə ortaq biznes yaradarkən, əməkdaşlığın əvvəlində aşağıdakıları müzakirə etmək lazımdır:

• hər tərəf ümumi işə nə qədər sərmayə qoyur;
• mənfəət hansı faizlə bölünəcək;
• kim hansı istiqamətlə məşğul olacaq;
• fikir ayrılıqları halında iş necə bölünəcək;
• layihə zərərlidirsə nə etməli.

Biznes yaratmadan öncə tərəfdaşlıq müqaviləsi bağlamaq lazımdır. Bu sənəd tərəfdaşlar arasında münasibətlər qurmağa imkan verəcək, eyni zamanda işdəki uğursuzluqlar olduğu təqdirdə atılan addımları göstərəcək. 

Azərbaycanda əksəriyyət tərəfdaşlıq sazişinin bağlanmasına mənfi münasibət bəsləyir. Səbəbi gələcək partnyorunun xətrinə toxunmaq istəmir, utanır, bir-birlərinə inamsızlıq kimi qəbul edirlər. Nəticədə narazıçılıqlar, biznesin inkişafına mane olur, nəticədə onun dağılmasına və münaqişələrə səbəb olan fikir ayrılıqları yaradır. Buna görə belə bir sənədi gözardına almaq lazım deyil. Bu uğurlu iş qurmaq istəyən tərəflər üçün normal bir prosesdir.

Biznes planı hazırladıqdan sonra həyata keçirməyə başlaya bilərsiniz. Ancaq bunu diqqətlə etmək lazımdır. Əksər təcrübəsiz sahibkarların səhvi həddindən artıq hövsələsizlik və tələsiklikdir.  

Həvəslə MMC yaradılır, mühasib işə qəbul edib, binanı icarəyə götürürlər, böyük partiya mal sifariş edirlər. Bunun əvəzinə, ideyanı sınamaq, kiçik həcmdə satışa başlamaq, xərcləri minimuma endirmək lazımdır.

Tələsmək lazım deyil, diqqətlə başlamalı, test keçirməli, sınaq satışlar üçün mal almaq, satışları, müştəri ilə ünsiyyəti yoxlamalı, tədarük və satış qurmalı, personalı işə hazırlamaq lazımdır. 

Mühasibat uçotu biznesin vacib hissəsi olaraq qalır. Başlangıcda mühasibatı və maliyyə prosesslərini düzgün qurmaq üçün mühasibat, audit və maliyyə konsaltinqində ixtisaslaşmış kənar şirkət tərəfindən aparılsa daha uyğun olar.