Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Artıq il sonu yaxınlaşır, bu ili yekunlaşdırıb, gələn il üçün planları hazırlamaq vaxtıdır.

2021-ci il Pandemiyaya görə çətin oldu, dünya iqtisadiyyatı kiçildi, satışlar düşdü. Amma, sevindici hallardan biri odur ki, bu ilin sonuna bazarda canlanma var, iqtisadiyyat pendemiya öncəki həcmlərə dönməyə başlayıb. Analitiklərin və Dünya Bankının hesabatlarına görə 2022-ci il yüksəliş ili olacaq.

Bu səbəbdən, artıq gələn il üçün stateji planları hazırlamaq lazımdır. Böyük müəssisələr öz tərkibində şöbə və mütəxəssislərindən istifadə edə bilər. Lakin, kiçik və orta biznes üçün konsaltinq şirkətlərini və biznes-konsultantları cəlb etmək daha sərfəli ola bilər.