Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Kafe, restoran, mağaza, satış salonu və digər məqsədlər üçün bina və əmlakı icarəyə götürərkən yaxud satın alarkən onun yerləşdiyi ərazi, yer və digər amillər çox vacibdir. Bu halda əmlakın ucuz olması deyil, göstəriləcək xidmət və satış üçün sərfəli olması vacibdir. 

Bina ucuz ola bilər, amma onun yerləşdiyi ərazidə satış aşağı olacaqdırsa sahibkar zərərlə işləyəcək. Qənaət etdiyi məbləğ isə sonunda baha başa gələcək və yatırılmış investisiya itiriləcək.

Digər yanlış düşüncə isə Azərbaycanda biznes yaradarkən əmlakın ilk öncə sahibkara aid olması və icarə haqqına qənaət etməsi gəlir kimi görsənir, amma yuxarıda söylədiyimiz kimi, yeri əlverişli olmadıqda zərərlə çalışacaq. Bir də ki, bunun üçün icarə daha sərfəlidir. İcarə haqqını ödəməkdən qorxmaq lazım deyil, yerətər ki, işi düzgün qurasan.