Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Həftənin son iş günü olan cümə günündə işdə nə etmək yaxşı olardı?

Psixoloqlar iddia edirlər ki, cümə günü istənilən suala və ya təklifə cavab almaq üçün ən yaxşı gündür. Çünki çox insanlar cümə günü ciddi işlə məşğul olmaqla deyil, məsələn, elektron məktublara cavab verməyə üstünlük verirlər. Həmçinin, əgər cümə gününün bir hissəsini faydalı onlayn-mühazirənin dinlənilməsinə həsr etmək, onlayn-treninqdə iştirak etmək istəyi olarsa, buna müdirlər dəstək verə bilər.

Son iş günü “nəzakət görüşləri”, əlaqələrin qurulması və saxlanılması üçün ən münasib vaxtdır. Qarşıdakı istirahət günləri insanları daha sakit söhbətlərə meylli, mehriban, xeyirxah edir. Buna görə də cümə günü “Biz sizinlə əməkdaşlıq etməyə hazırıq” və ya “hesab edin, müqavilə artıq imzalanıb” eşitmək ehtimalı daha yüksəkdir.