Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Hədiyyələr – investisiyadır.

Hədiyyələr açıqca, suvenir və endirimlərdən daha yaxşıdır.

Qarşıdan yeni il bayramları gəlir, artıq indidən müştəriləri və partnyorları təbrik etməyə hazırlaşmaq lazımdır. Münasibətləri gücləndirmək və şirkətin düzgün imicini formalaşdırmaq üçün onları təbrik etmək mütləqdir. Bu çox vacib addımdır. 

Müsbət nəticələr əldə etmək üçün, müştərilərə Yeni il hədiyyələrinə investisiya etmək lazımdır. Kimsə təbrikləri elektron formada göndərir, digərləri müştərilərə mal və ya xidmətlərinə endirimlər təklif edirlər. Tədqiqatlar göstərir ki, müştərilərin yalnız 25%-i endirimlər səbəbindən mal alır, qalanları hədiyyəli malları seçir. Təcrübə isə göstərir ki, ən effektli olanı korporativ hədiyyələrdir. 

Yaxşı təşkil olunmuş yeni il aksiyası həm brendin reklam kampaniyasıdır, həm də gələcəkdə öz bəhrəsini verəcək. Müştərilər üçün hədiyyələrə sərf olunan vəsaitləri xərc kimi deyil, biznesin inkişafına qoyulan investisiya kimi qəbul edilməlidir.

Hədiyyə həmişə yadda qalır, amma xırda suvenirlər xatırlanmır. Yararsız hədiyyələr illərlə rəflərdə toz yığır, onları zibilliyə atmaq istənilməsə də, istifadə etmək də mümkün deyil. 

Yeni il endirimləri adi hala çevrilib. Bu bir marketinq addımı ilə heç kimi təəccübləndirmək mümkün deyil. Ürəklə seçilən xoş və faydalı hədiyyələr isə şirkətə müştərilərin gözündə əlavə xal qazanmasına kömək edəcək xoş bir sürpriz olacaqdır.

Hədiyyə, mövcud müştəriləri saxlamağa imkan verən loyallıq proqramının bir hissəsidir. Artıq mövcud müştərilərin loyallığını saxlamaq yenilərini cəlb etməkdən daha asandır.

Hədiyyələrin topdan alınması müəssisə üçün nəinki sərfəlidir, həmçinin endirimlərdən daha çox xeyirlidir. Bu da öz növbəsində ciddi qənaətə və daha çox mənfəətə yol açır.