Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə bağlı Vergilər Nazirliyinə aşağıdakı sualı unvanlandırıb:

Vergi Məcəlləsində nəzərdə tutulan son dəyişikliklərdən sonra sadələşdirilmiş verginin tətbiqi sahələri daraldılıb. Bir çox istisnaları nəzərə almaqla, xidmət sferasında əsasən vergi ödəyicisi olmayanlara xidmət göstərənlər bu imkandan faydalana biləcəklər. Sualımız belədir: Tutaq ki, fiziki şəxs vergi ödəyicisinin əsas fəaliyyəti istehlakçılara xidmət göstərməkdir. Ancaq rüb ərzində 1-2 şirkətə də xidmət göstərib. Bu zaman həmin xidmətləri göstərən fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyətini davam etdirə bilərmi, yoxsa mütləq gəlir vergisi ödəyicisi olmalıdır? Burada vergi ödəyicisinin əsas fəaliyyətinin müəyyənləşdirilməsi üçün ümumi gəlirdə fəaliyyətlərin xüsusi çəkisi anlayışı tətbiq olunacaq, yoxsa başqa meyarlar tətbiq ediləcək?

Vergilər Nazirinin birinci dərəcəli müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri cənab Sahir Məmmədxanovun imzaladığı 11 yanvar 2019-cu il tarili məktubu ilə suala aydınlıq gətirib:

“Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. 

Buna əsasən, vergi orqanlarında qeydiyyatda olmayan şəxslərlə yanaşı, hüquqi şəxslərə də xidmət göstərən şəxsin sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından həmin şəxs gəlir (mənfəət) vergisinin ödəyicisi hesab edilir.”

Cavabdan göründüyü kimi, sadələşdirilmiş vergi ödəyən ödəyicilər, vergi orqanlarında qeydiyyatda alınmış şəxslə olan, bir əməkdaşlığı onun sadələşdirilmiş vergi huququ itirməsinə səbəb olur.

mks.az