Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

İlin əvvəlində ötən ilin fəaliyyətini yekunlaşdırmaq lazımdır.

Maliyyə vəziyyətinin təhlili şirkətin ilin sonunda əldə etdiyi nəticələrin qiymətləndirilməsində ən vacib mərhələdir.

Bu məlumatlar əsasında rəhbərlik biznesin nəticələrinə təsir edən amillər haqqında məlumat alır, gələcək inkişaf üçün iqtisadi imkanları qiymətləndirir.

Bu analiz yeni il üçün biznes planları və əməliyyat büdcələrini hazırlamaq və ya dəyişiklik etmək üçün əsasdır.

Fəaliyyət nəticələrinin təhlili müəssisənin sahib olduğu aktivlərdən nə qədər səmərəli istifadə etdiyini, onların formalaşma mənbələrinin nə dərəcədə balanslı olduğunu başa düşmək üçün lazımdır. Təhlilin köməyi ilə şirkətin əmlakının strukturunun sabitliyini və onun yaranma mənbələrini qiymətləndirmək mümkündür.

Şirkətin maliyyə nəticələri əməliyyat fəaliyyətinin səmərəliliyini qiymətləndirmək, bazarda rəqabət qabiliyyətini müəyyənləşdirmək üçün təhlil edilir. Maliyyə nəticələrinin təhlili mənfəət və zərər hesabatının məlumatlarına əsaslanır.

Müəssisənin maliyyə göstəricilərinin qiymətləndirilməsi maliyyə əmsalları metodu əsasında müəyyən edilir. Onlar şirkətin maliyyə sabitliyini və səmərəlilik dərəcəsini xarakterizə edirlər. Bu qiymətləndirmə balans və mənfəət-zərər hesabatı dyanaraq, maliyyə nisbətlərinin hesablanması əsasında yaradılır.

İlin nəticələrinə görə müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsi fəaliyyət nəticələrinin, maliyyə nəticələrinin və maliyyə göstəricilərinin təhlilini əhatə edir.

İlin sonunda müəssisənin maliyyə vəziyyətini qiymətləndirmək üçün üfüqi və şaquli analiz, müqayisəli və amil təhlili, maliyyə əmsallarının təhlili istifadə olunur. Maliyyə vəziyyətinin təhlili balans hesabatına, mənfəət və zərər hesabatına əsaslanır.

Ən böyük effektivlik üçün maliyyə vəziyyətinin təhlilinin nəticələrinin məlumatlarını əhatə edən hesabat hazırlamaq, onların izahı və mənfi tərəflərini düzəltmək üçün tövsiyələr hazırlamaq məsləhətdir.