Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Həftənin son iş günü kollektivinə hörmət edən rəhbər, əməkdaşları cümə günü axşam saat 6-dan sonra ofisdən “qovmağa” borcludur. Çünki, yorğun əməkdaş digər iş günlərində aşağı iş əmsalı göstərəcək. Həftəsonu dincəlmək və əylənmək onun resursunu yüksəldir. 

Colle+Mcvoy agentliyində əməkdaşların motivasiyası üçün həll tapıblar. Məhsuldar iş həftəsindən sonra kollektivi pivə ilə mükafatlandırmağa qərar veriblər. Rəhbəri əməkdaşların işini yoxlamaq və onlara pivə süzməkdən azad edərək, bu funksiyanı Tapserver adlanan sistemə həvalə ediblər. Əməkdaş ofisdə qurulmuş avtomata yaxınlaşaraq, öz İD-kartını ona oxudaraq gördüyü işin tamamlandığı haqqında məlumatın təsdiqini alır, qarşılığında isə mükafatını – pivəni əldə edir.

Hər bir şirkət  və HR rəhbəri kollektivinin sevdiyi üsul tapa bilər ki, kollektiv ruhunu yaradaraq şirkətə bağlasın. Axı komanda hər bir şirkətin ən dəyərli varlığıdır.