Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Müəssisədə marketinq, mühasibat, menecment və digər vacib elementlərlə yanaşı korporativ üslüb yaradılması müasir zamanın şərtlərindən biridir. Korporativ üslub brendin tanınması üçün işlənilən vizual elementlər toplusudur və şirkətin vizual görüntüsünü yaratmaq üçün istifadə olunur.

Korporativ üslubun məqsədi nədir?

Heç bir müasir marka korporativ üslubsuz keçinə bilmir. Korporativ üslüb yalnız gözəl şəkillər və şriftlər deyil, marketinq strategiyası və hədəf auditoriyası nəzərə alınmaqla hazırlanmış biznes alətdir. 

Korporativ üslubun bir çox vacib xüsusiyyətləri var:

– Markanın vahid vizual görüntüsünü yaradır, istehlakçının markanı tanımasını asanlaşdırır.

– Şirkəti rəqiblərindən fərqləndirir. Korporativ üslub fərdi marka görünüşüdür və yaxşı dizayn şirkətin üstünlüklərini əks etdirir.

– Marketinq materialların dizaynı üzərində işi asanlaşdırır.

Düzgün korporativ üslub, reklam kampaniyaları zamanı marka tanınmasını təmin edir, məhsullara vahid bir görünüş verməyə və daxili dizaynla daha da işləməyi asanlaşdırmağa kömək edir.

Əsas element – loqotipdir. Bu şirkətin adı əsasında unikal üslubda şriftlə yaradılır. Onun oxunmasının asanlığı, müxtəlif mediada istifadəsi rahat olmalı və markanın xarakterini əks etdirməlidir. Loqotipdən əlavə marka da yaradılır, bu brendin simvolu kimi istifadə olunan işarədir. Bu qısa simvoldur, müxtəlif ölçülərdə asanlıqla miqyaslanır və oxunur.

Korporativ üslubun bütün elementləri və onlardan istifadə qaydaları toplusu Brenbuk adlanır. Bu toplu — çap və ya elektron formada — korporativ üslubun istifadəsi üçün təlimatdır.

Korporativ üslübüun yaradılmasını bu sahədə ixtisaslaşmış peşəkar agentliklərə tapşırılması ən doğru seçimdir.