Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Bağlanmış sazişə görə, bu gün Laçın rayonu Azərbaycanın nəzarətinə qaytraılır. Rayonun danışıq yolu ilə azad olunması tarixin ən vacib qalibiyyətlərindəndir. Bu rayon ümumi iqtaisadiyyatımıza böyük xeyir gətirəcək.

Laçın rayonunun ümumi sahəsi 1835 km2, 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3.600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3.594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək, uzunluğu 113 km olan Həkəri çayını yaradır. Çay öz növbəsində Araz çayına qovuşur. Rayonun ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlarla, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı kimi faydalı qazıntılarla zəngindir. Rayon palıd, cökə, ağcaqayın, şam, göyrüş, qaraağac, akasiya, nadir və qiymətli ağac növü hesab olunan qırmızı palıd (qızıl palıd) və müxtəlif növ yabanı meyvə ağacları il zəngin meşə örtüyünə malikdir. 

Bütün bu zənginliklər artıq Azərbaycan Xalqının rifahına qulluq edəcək.