Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Yerli biznesin ən böyük problemlərindən biri də satışlardan əldə edilən gəlir deyil həcminin artırılmasına üstünlük verməsidir. Mal yaxud xidmətin maliyyətini nəzərə almadan marja tətbiq edərək daha çox satış etmək məqsədi qoyan sahibkarlar sonunda uduza bilər. Çünki, yüksək satışlar xərclərin də yüksək olmasına səbəb olur. Bu zaman əlavə edilmiş marja bu və digər xərcləri ödəmirsə, ilin sonunda zərərlə qarşılaşacaq.

Belə strategiyanın məqsədi bazar payını artırmaq olsa da, kiçik və yeni yaranan müəssisə üçün çox təhlükəldir. Təəsüf ki, bazarımızda belə hallar çox saydadır. Ona görə, yerli biznesin ortalama ömrü 1.5 il olur. Sonra bağlanmaq məcburiyyətində qalır.

Biznes planın məqsədi məhz müəssisənin xərclərini hesablayaraq marjanın minimal həddini təyin etməkdir. Həmçinin bazarda olan vəziyyəti təhlil edərək, daha düzgün strategiya qurmağa yardım etməlidir.

Biznes yaradarkən hər bir sahibkarın məqsədi mənfəət əldə etməkdir. Bunun üçün isə mütəxəssisləri və konsultantları cəlb etmək lazımdır.