Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Sahibkarların istəklərindən biri də sürətlə biznesi genişləndirib, dövriyyəni artırıb, sürətlə yeni şöbələrin yaxud digər sahələrə girərək eyni zamanda bir neçə biznesin yaradılmasıdır. Əgər investorun yetərli qədər sərbəst vəsaiti, böyük və professional idarəçi komandası varsa bu problem deyil. Amma bunlar olmadığı təqdirdə, ciddi çətinliklər yarana bilər.

Sürətlə genişlənən iş maliyyə yatırımı tələb edir. Əgər, sahibkar bunu qarşılaya bilmirsə, banka üz tutmaq məcburiyyətində qalır. Kreditin alınması problemi qısamüddətli həll edir, amma riskləri və xərcləri artırır. Kredit üzrə faizlər yüksək ola bilər. Ona görə rezervdə azad pulların olması şərtdir. Digər çıxış yolu, yeni investorlar cəlb etməkdir. Təəsüf ki, şərikli biznes Azərbaycanda çox yüksək risklidir və çox acınacaqlı fəsadlar yarada bilər.

Belə halların olmaması üçün sərbəst məsləhətçi, yaxud konsultinq şirkətlərinə müraciət etmək məsləhətdir. Daxil olunacaq sahəni araşdıraraq, öncədən problemləri incələyib, düzgün inkşaf planı quracaq.