Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Mühasib seçmək – həkim və ya vəkil seçimi kimi vacibdir, çünki mühasibin pis işinin nəticələri eyni xoşagəlməz ola bilər. Baxmadan, öyrənmədən kim gəldi işə götürmək böyük səhvdir və çox baha başa gələ bilər. 

Bəs Mühasib necə olmalıdır?

Mühasibat ən hərəkətli sahələrdən biridir və dünən aktual olan qayda, bu gün artıq işləməyə bilər. Diplomun olması yaxşı biliyə və qüsursuz işə zəmanət vermir, lakin peşə təhsili gələcək işlərin bünövrəsidir.

Əgər Mühasib başqa işlədiyi yerdə təcrübəsizlik nəticəsində səhvlər edib və həllini tapıbsa, bu onun təcrübdəli olması anlamına gəlir. Təcrübə və iş stajını qarışdırmaq olmaz. İnsan uzun illər ərzində mühasib kimi fəaliyyət göstərə, sadə əməliyyatlar həyata keçirərək, qeyri-standart vəziyyətlərlə və məsuliyyətli məsələlərlə üzləşməyə bilər. Bu, o demək deyil ki, təcrübəli mütəxəssisdir. 

Dürüstlük – mühasibin əsas keyfiyyətlərdən biridir. Çünki müəssisəni qarət etmək imkanı digər əməkdaşdan daha çoxdur. Dürüstlük olmadan təcrübə, təhsil və digər müsbət keyfiyyətlər əhəmiyyətsiz faktordur. Əksinə, natəmiz, amma daha bilikli və təcrübəli mühasib şirkətə daha çox zərər vura bilər.

Gündəlik iş görən, suallar verməyən, biliyini və məlumat bazasını genişləndirməyən mühasib nə qədər yaxşıdır?! O, yeni heç nə təklif və tətbiq etməyəcək, müəssisənin puluna da qənaət etməyəcək.

Normativ sənədlərlə işləmək bacarığı-mütəxəssisin vacib keyfiyyətidir, çünki hər kəs Vergi məcəlləsini, mühasibat üzrə müddəaları, terminlərlə dolu və mürəkkəb dildə yazılmış məktubları anlaya bilməyəcək. Əgər mühasib sənəd və qanunda nə yazıldığını anlamasa, uçotda səhvlərin sayı kəskin şəkildə artacaq.