Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Niyə səhmdar cəmiyyət yaratmaq daha sərfəlidir

Səhmdar Сəmiyyət kimi biznesin təşkilati-hüquqi formasını seçmənin üstünlüklər haqqında.

Fəaliyyətdə istifadə olunan aktivlər daha yaxşı qorunur. Az adam bilir ki, Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) aktivləri şirkətin digər təsisçisi tərəfindən həbs edilə bilər.

MMC-nin təsisçisi istənilən vaxt müəssisədən ayrılaraq öz payının ayrılmasını tələb etmək hüququna malikdir. Bu o deməkdir ki, istənilən təsisçi şirkəti tərk edərək, qiymətli və bahalı avadanlıqları özü ilə götürə bilər. Bununla da şirkətin fəaliyyətinin davam etdirmək üçün maneələr yarana bilər.

MMC-dən fərqli olaraq, səhmdarın Səhmdar Cəmiyyətində analoji tələbləri irəli sürmək hüququ yoxdur. Onun edə biləcəyi yeganə yol – səhmlərini satmaqdır. Qapalı Səhmdar Cəmiyyəti olduğu halda isə, digər səhmdarlar bu səhmləri almaq üstünlüyü hüququna malikdir.

MMC-nin təsisçiləri haqqında məlumatlar hüquqi şəxslərin dövlət reyestrində saxlanıldığı üçün onlar haqqında məlumat istənilən şəxslərə məlum ola bilər. Təsisçilər haqqında açıq məlumatdan fərqli olaraq, səhmdarlar haqqında məlumat digərlərinə məhdud olan, səhmdarların reyestri sistemində saxlanılır. Bundan başqa sahibinin adı göstərilməyən adsız və təqdimedənə kimi səhm növləri var.

MMC-də, bir və ya bir neçə təsisçini dəyişdikdə və ya tərk etdikdə, təsis sənədlərinə dəyişikliklər etmək və Vergilər Nazirliyində təkrar qeydiyyatdan keçmək lazımdır. Səhmdarların tərkibi dəyişdikdə Səhmdar Cəmiyyəti cəmiyyətin nizamnaməsinə dəyişiklik etmir.

Ölkəmizdə hüquqi şəxslərin yaradılması zamanı Səhmdar Cəmiyyət çox nadir hallarda müzakirə olunur, çünki çoxlarının onun haqqında məlumatı yoxdur, ona görə də ən asan yolu seçirlər.