Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

1956-cı ildə Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça II Yelizavetaya Ağdam Atçılıq Zavodunda yetişdirilən “Zaman” adlı Qarabağ atı hədiyyə edib. Bu hadisə tarixə London qəsrlərinə ilk dəfə Azərbaycan atlarının gətirilməsi kimi daxil olunub. “Zaman” atı sonradan İngiltərə, Fransa və Almaniyada damazlıq at kimi istifadə olunub.

Qarabağ cins atlar ən qiymətli şərq minik atları kimi məhşurdur. Onlar yüksək sürəti, çevikliyi, xoş xasiyyəti və parlaq dərisi ilə tanınır.  Çəkingən, eyni anda cəsarətli, itaətkar və sahibinə sadiq, qeyri-adi xasiyyətli, minik üçün uyğunlaşdrılmış, uzaq məsafələrdə yorulmayan xüsusiyyətləri Qarabağ atlarının tam xarakteristikası deyil. Bu atların ən başlıca özəlliyi isə onların qızılı rəng olmasıdır. Bu xüsusiyyətə görə onlara “Sarılar” adı verilib.