Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Yerli biznesdə ən çox qəbul olunan səhvlərdən biri –  bazar araşdırması aparmadan populyar olan sahələrə girmə cəhdidir. 

Digərlərinə kənardan baxaraq uğurlu gördüyü biznesin eynisini qurmaqdır. Hətta çox zaman bazarda yetərincə rəqiblərin olması belə onları fikrini dəyişmir. 

Rəqabətin böyük olduğu sahədə iş qurmaq çox çətindir və böyük maliyyə tələb edir. Belə sahələrdə dempinq çox olur deyə, gəlirlilik də aşağı olur, hətta bəzi hallarda zərərlidir. Özəlliklə gənc müəssisə yeni yarandığı üçün bu rəqabətə tab gətirə bilmir. Nəticə: itirilmiş vəsait, vaxt və böyük stress.

Biznesə investisiya etmək istəyi yarandıqda yeni sahəni seçmək, ən yaxşısı isə yaratmaqdır. Bunun üçün isə məsləhətçilərə müraciət etmək lazımdır.