Sorry, this entry is only available in Azərbaycanca and Русский. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.
Öz biznesini yaratmaq çoxlarının arzusudur. Ancaq tez-tez yerli sahibkarlar onun yaradılmasında səhvlər edirlər.
Əvvəlcə şirkətin işləyəcəyi sahəni seçmək lazımdır.
Biznes qurma ideyadan başlayır. Öncə, sahibkarın hansı sahədə təcrübəsi olduğu, bazarda nəyin çatışmadığı sualına cavab tapmaq lazımdır. Rəqiblərdən necə fərqlənə biləcəyinizi, başqalarından daha yaxşı necə edəcəyinizi də başa düşməlisiniz. Potensial müştərilərə hansı məhsul və ya xidmət təklif edilə bilər. Beləliklə, biznes üçün niş təyin etmək olar.
İkinci addımda bazar araşdırması aparmaq, tanışlar, dostlar, bəlkə də sosial şəbəkələrdəki izləyicilərdən məlumat toplamaq olar.
Sonra biznesə başlamaq üçün maliyyə modelini – müəssisənin iqtisadiyyatını tərtib etməlisiniz. Müəssisənin necə gəlir əldə edəcəyini anlamaq lazımdır. Bu maliyyə modeli şirkətin cari və gələcək pul axınlarının hesablanmasını əhatə edir.
Mütləq 4 göstəricini hesablamaq lazımdır:
• Məhsulun qiyməti – məhsulun və ya xidmətin satış qiyməti.
• Tələb – ayda nə qədər mal və ya xidmət satılacaq.
• Xərclər – bir məhsul və ya xidmətin yaradılması nə qədər başa gələcək.
• Sabit xərclər – icarə haqqı və kommunal xərclər kimi satış həcmindən asılı olmayaraq aylıq hansı ödənişlərin edilməsi lazımdır.
Bütün bu məlumatlar biznes planının əsasını təşkil edəcəkdir.
Biznes plan biznesi qurmaq üçün nə qədər investisiya tələb olunduğunu anlamağa kömək edəcəkdir. Sonra sahibkarın bu məbləğdən hansı hissəsini özü yatırmağa hazır olduğuna qərar vermək lazımdır. Çatışmayan hissə üçün maliyyə mənbəyini təyin ermək lazımdır. Bunlar – ortaq təsisçilər, investorlar, kreditlər və ya digər mənbələr ola bilər.