Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Schedule Planner Task Agenda Checklist Concept

Biznes bir sistemdir. Hər zaman saz vəziyyətdə olması üçün zaman, maliyyə və insan ehtiyatlarına ehtiyacı var. Lakin, öncələr hər şey insan faktoru üzərində qurulurdusa, müasir texnologiyalar dövründə bu prosesslər mobil və kompyuter proqramları ilə həll olunub, izlənir. 

Hətta, çox sadə təqvim və tapşırıq meneceri tətbiqləri kollektivdəki çox işləri asanlaşdırır. Təqvimə görüşləri, tədbirləri, məqsədləri, məsələləri, cavabdeh şəxləri, yerinə yetirilməsini və digər məqsədləri əlavə etmək olar. Sizin ödənişli biznes proqrama yatırıma imkanınız yoxdurda, bu məqsədlər üçün pulsuz yayılan Google Calendar tətbiqini istifadə edə bilərsiniz.

Google Calendar pulsuz olaraq müxtəlif mobil və desktop platformaları, həmçinin onlayn versiyada mövcuddur. Həmçinin onu müxtəlif tətbiqlərə əlavə etmək imkanı var.