Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

2024-cü il Vergi Məcəlləsində ƏDV ilə bağlı son dəyişikliklər aşağıdakılardır:

Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10  gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər.

Aşağıdakı əməliyyatlar ƏDV üzrə vergi ödəməkdən azad edilir:

Maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər;

  • ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim edilməsi;
  • Qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mal idxalı, iş görülməsi, xidmət göstərilməsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən xəzinə avadanlıqlarına texniki servis xidməti, pul nişanlarının istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi, ekspertizası, beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə əlaqədar xidmətlərin, informasiya sistemləri üzrə dəstəkləmə xidmətlərinin, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar məsləhət xidmətlərinin göstərilməsi;
  • Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə; Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı – 2024-cü il yanvarın 1-dən 3  il müddətinə.
  • Tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

ƏDV-nin əvəzləşdirilməsi üzrə idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə ƏDV məbləği əvəzləşdirilmir. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.

Alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun (tələb güzəşt edilən şəxsin) bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir.