Biznes proseslərinin avtomatlaşdırılması bütün müəssisələr üçün vacibdir.
Müasir İT alətlərindən istifadə yalnız gündəlik problemlərin həllini və inkişaf strategiyasının yaradılmasını asanlaşdırmır, həm də rəqiblərə müqayisədə üstünlüyü təmin edir.
Funksiyaların bir hissəsini sistemə ötürməklə xərcləri optimallaşdırmaq və alınan məlumatlar əsasında biznesə nəzarət etmək mümkündür. Təşkilatda mühasibat uçotunun avtomatlaşdırılması təkcə rəhbər, mühasiblər və menecerlər üçün deyil, həm də müştərilər üçün mühüm rol oynayır, çünki bu, müəssisənin korporativ intizamına və imicinə müsbət təsir göstərir.
Müəssisənin avtomatlaşdırılmasının əsas üstünlükləri xərclərin azaldılması, idarəolunmanın optimallaşdrılması, verilmiş tapşırıqlara nəzarət və bütün proseslərin şəffaflığı, daha səmərəli qarşılıqlı əlaqə üçün şöbələr arasında ünsiyyətin yaxşılaşdırılması, məlumatların alınması və qiymətləndirilməsinin sürətləndirilməsi, sui-istifadə hallarının aradan qaldırılması və riskinin azaldılması, əmək məhsuldarlığının artırılması, gündəlik işin rahatlığıdır.
Mühasibatın avtomatlaşdırılması ilə bütün müştəri müraciətlərini işlənməsini unudan menecerlər, həmçinin işdən azad olunan əməkdaşların məlumat bazasının oğurlanması kimi yayılmış problemlərdən qaçmaq olar. Şirkətin xüsusiyyətlərindən və qarşısında duran vəzifələrdən asılı olaraq fərdi həllər hazırlana bilər.
Avtomatlaşdırmanın çoxsaylı üstünlüklərinə baxmayaraq, müəssisədə tətbiq edilərkən müəyyən problemlər yarana bilər. Bu, şirkətin məsələlərin təkbaşına həlli cəhdi və ya təcrübəsiz proqramçıları işə götürdüyü hallarda xüsusilə yaşanır. İxtisaslı kadrların və lazımi təcrübənin olmaması təşkilatın məqsədlərinə çatmasına imkan vermir. Proqram təminatını kompüterlərə quraşdırmaq kifayət deyil, sistemin bütün imkanlarından istifadə edə bilməsi üçün əməkdaşları öyrətmək lazımdır. Ən yaxşı çıxış yolu böyük təcrübəyə malik ixtisaslaşdrılmış şirkətlərə müraciət etməkdir.