Müəssisələr üçün maliyyə hesabatları aşağıdakılardan ibarətdir:
– balans hesabatı;
– maliyyə nəticələri haqqında hesabat;
– pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

Kiçik müəssisələr və fərdi sahibkarlar üçün balans hesabatı və maliyyə nəticələri hesabatından ibarət sadələşdirilmiş mühasibat hesabatı forması tətbiq olunur.

Müəssisə rəhbəri yalnız balansı oxumaq bacarığına deyil, həm də fəaliyyətin xüsusiyyətlərinə görə əsas mühasibat hesablarını bilməsi lazımdır. Balansda qeyd olunan əsas vəsaitlər haqqında da məlumatlara sahib olmalısı yaxşıdır.

Debitor və kreditor borclarına nəzarət etmək vacibdir. Belə nəzarət olmadıqda, xoşagəlməz nəticələrə səbəb ola biləcək kassa çatışmamazılığı vəziyyətinə düşmə riski yüksəkdir.

Büdcəni düzgün planlaşdırmaq üçün müntəzəm xərcləri nəzarətdə saxlamaq lazımdır: əmək haqqı fondu, əmək haqqından tutulan vergilər və ödəmələri nəzərə almaq. Vergilər və kredit ödənişləri üzrə məbləğləri bilmək vacibdir, çünki onlar təxirə salına bilməyən prioritet ödənişlərdir, ona görə daim nəzarətdə olmalldırlar.

Həm də mövcud məlumatlar əsasında, balans hesabatı olmadan mənfəəti saya bilmək bacarığı da rəhbərə planlama üçün geniş məlumat təqdim edir. Rəhbərin bunu hər ayın sonunda, ən azı isə rüblük etməsi məsləhətdir.

Rəhbər mühasibinə arxayın olsması yaxşı haldır, lakin hər hansı bir pozuntu olduqda vergi orqanları qarşısında məsuliyyət baş direktorun və ya fərdi sahibkarın üzərinə düşür. Ona görə yalnız müəssisənin fəaliyyətinə deyil, həm də maliyyə vəziyyətinə daim nəzarət etmək vacibdir.

Lakin, bu cür bacarıqlarınız yoxdursa, peşəkar mühasibat uçotu və konsaltinq şirkətləri köməyinizə gələ bilər.