Bu gün sürətlə inkişaf edən dünya iqtisadiyyatı sferasında kiçik və orta sahibkarlıq subyektlərinin rolu danılmazdır. Təsadüfi deyilki Amerika Birləşmiş Ştatları və Qərbi Avropa kimi aparıcı ölkələrdə kiçiv və orta sahibkarlıq bizneslərinə xüsusi qayğı və dövlət yardımları göstərilir. Biznes sektorunu ölkə iqtisadiyyatının bünövrəsi də adlandırmaq olar. İstənilən iqtisadi proseslər ölkədaxili və ya ölkəxarici əməliyyatlar biznes danışıqları və ya biznes ideyaları ilə başlayır. Ölkədə biznes infrastrukturunun inkişafı üçün ilk öncə bütün detallar araşdırılmalı və kapitalist münasibətlərə zidd olan məsələlər müasir formada həllini tapmalıdır.Azərbaycan Respublikası Prezidenti 26 iyun 2018 – ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərmanında bu məsələ geniş həllini tapmışdır. Agenliyin nizamnamə kapitalı, strukturu, göstəriləcək xidmətlərin siyahısı müəyyən edilmişdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Caspian Europen Club”ın təşkilatçılığı ilə keçirilən “CEO Lunch”da çıxışı zamanı qeyd edib:
Bir neçə gün öncə isə Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı növbəti fərman imzalandı. Bu sənədlə Agentliyin fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsasları formalaşdırmaqla yanaşı, kiçik və orta biznes (KOB) sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqlar verildi. Bu tapşırıqların keyfiyyətli yerinə yetirilməsi üçün Agentlik sahibkarlarla həm fərdi, həm də onları təmsil edən birliklər, assosiasiyalar, qeyri-hökumət və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edəcək».Agentliyin qarşısına qoyulmuş əsas vəzifələr və fəaliyyət istiqamətlərinə toxunan sədr bildirib ki, birinci istiqamət motivasiya tədbirləri ilə bağlı olacaq. Belə ki, Agentlik kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdıran mexanizmlər vasitəsilə bunu həyata keçirəcək. Bu isə öz növbəsində həm mövcud olan biznes subyektlərinin inkişafına, həm də yeni biznes subyektlərin yaranmasına, eləcə də yeni ideyaların biznesə inteqrasiya olunmasına təkan verəcək:
«İkinci istiqamət sahibkarların maraqlarının müdafiəsinə yönələcək. Bu, Agentliyə səlahiyyətli qurum olaraq dövlət orqanlarında sahibkarların maraqlarını təmsil etmək, sahibkarların rastlaşdıqları problemlərin həllində onlara kömək göstərmək kimi tədbirləri əhatə edəcək.
Üçüncü istiqamət KOB-un dəstəklənməsi ilə bağlı olacaq. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitdə öz fəaliyyətini düzgün təşkili ilə şərtlənir.2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış isə KOB subyektlərinin rəqabət qabiliyyətinin daha da artırılmasına, gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsinə, KOB subyektlərinin ÜDM və məşğulluqda payının əhəmiyyətli dərəcədə artırılmasına nail olmaqdır. Azərbaycanda 2025-ci ilədək olan dövr üzrə uzunmüddətli baxışın həyata keçirilməsi nəticəsində KOB-un ÜDM-də və məşğulluqda payının müvafiq olaraq 35 və 40 faizə, ölkənin qeyri-neft ixracında payının isə 25 faizə çatdırılması nəzərdə tutulur.