Böhran zamanı eksperimentlər yalnız müəssisənin bunun üçün azad vəsaitləri oldğunda mümkün ola bilər.

Əgər maliyyə vəziyyəti imkan vermirsə və ya pisləşmə riski varsa, müəssisənin sadələşdirilmiş inkişaf modelinə keçməsi məqsədəuyğundur. 

Aşağı dövriyyəsi və gəliri olan, yaxud zərərli biznes istiqamətlər və layihələri bağlamaq yaxud yaxşı vaxtlara qədər dondurmaq lazımdır.

Hansı layihələrin yalnız xərcləri olacağını müəyyən etmək üçün növbəti rüb üçün gəlir proqnozlarını təhlil etmək yaxşı olardı. Bu müddət ərzində heç olmasa sıfıra çıxa bilməyən bütün layihələr müvəqqəti dayandırılmalı və ya tamamilə bağlanmalıdır. Zərərli istiqamətləri davam etdirmək müəssisəyə daha çox problem və xərclərin yaradılmasıdır.

Rəhbərlik hər hansı bir layihədən imtina etmək istəmirsə, onu “özünütəminatlığa” keçirməli, yalnız gətirdiyi vəsaitlər və ya layihədə marağı olan investorlardan cəlb olunan vəsait hesabına inkişaf etdirmək lazımdır. Bu istiqamətlərə biznesin əsas büdcəsindən  əlavə maliyyə vəsaiti ayırmağa ehtiyac yoxdur. Bu halda, layihənin menecerlərinə onun mənfəətindən bonuslar ayırmaq daha məqsədəuyğundur. Əks halda onu saxlamağa davam etmək mənasız olacaqdır.

Başlıca resurs və diqqət müstəqil şəkildə inkişaf edən gəlirli sahələrə və layihələrə keçirilməlidir. Bu çox sayda müntəzəm marketinq kampaniyasına və tanıtım xərclərinə ehtiyac duymayan, ödəniş qabiliyyəti yüksək olan auditoriyaya sahib layihələrdir. Belə layihələr üçün reklam, promo aksiya və digər aktivliyin həcmi azaldığı təqdirdə, gəlirlərin cüzi həcmdə azalacağı, mal və ya xidmət satışlarının əvvəlki səviyyədə qala biləcəyi layihələrdən ibarət olması böhranı aşmaq üçün çıxış yollarından biridir.