Dress-kod – müəyyən bir təşkilatda, müəssisədə işləyərkən tələb olunan vahid geyim formasıdır. O nəyə lazımdır?

Müəyyən geyim tərzinin tətbiq edilməsi əməkdaşların intizamına müsbət təsir edir, işgüzar əhval-ruhiyyə yaradır və kollektivi bir komanda olması hissiyatını verir.

Müəyyən stereotiplər var ki, onlara heç hava şəraiti də təsir etmir. Məsələn, həkimin qəbuluna gedərkən, onu şort və futbolkada deyil, ağ xalatda görməyə öyrənmişik. Analoji olaraq digər peşə sahiblərini də. Hüquqsünas, vəkil yaxud auditor kostyum və qalstukda olarkən daha çox etibar edirik, nəinki cins, krossovka və vodolazkada. Siz öz əmanətinizi bankın çox qısa don və hündür kablukda olan qadın əməkadaşına etibar etməyəkdə tərəddüd edəcəksiniz. Ona görə müəssisələrdə dress-kodun tətbiqi vacibdir.