Yerli biznesin effektiv işləməsənin və genişlənməsinin qarşını alan səbəblərindən biri də rəhbərin personala vəzifə bölüşməsinin edilməməsi və bütün qərar qəbul etmə funksiyasını özündə saxlamasıdır. Bu da prossesi yavaşladır və qeyri effektiv edir.

İnamsızlığın səbəblərindən biri mental hesab olunan tanışlıq ilə işə götürmə, “yaxşı oğlan” meyarlarıdır. Bununla yanaşı kənardan gələnlərə etibarın və inamın olmamasıdır. Səbəbi isə ayarlanmış sistemin yoxluğudur. Ona görə aldatma, dələduzluq və oğurluq halları baş verir.

Rəhbər yalnız strateji qərarlar qəbul etməli və iş proseseinə nəzarəti həyata keçirməlidir. Gündəlik işdə qərar qəbul etmə funksiyası şöbə müdirlərinə yaxud cavabdeh işçiyə etibar edilməlidir. 

Bu prosessləri qurmaq üçün isə biznes konsultantlara və agentliklərə müraciət etmək məsləhətdir.