Mühasib müəssisənin ştatında qeydiyyatda olur və maaş alır. Əmək haqqından vergilər, sığorta, sosial ödənişlərdən əlavə, mühasibi iş yeri ilə təmin etmək lazımdır. Bu da aylıq xərclərə başa gəlir. Mühasib səhv edərsə və vergi orqanları cərimələyərsə nə olacaq? Onu işdən azad etmək, töhmət, mükafatdan məhrum etmək və ya hamısı bir yerdə? Şirkət hər halda itkidə qalacaq.

Autsorsinqə isə müqavilə ilə müəyyənləşdrilmiş aylıq ödənişlər edilir, onlarda öz növbəsində xərclərə oturur və vergi həcmi azalır. Əgər bu auditor və konsaltinq şirkətidirsə, həm də bütün risklər onların üzərindədir. Səhv olduğu halda, maliyyə məsuliyyət və öhdəliklər onların üzərinə düşür. 

Əgər ştat mühasibinin və şirkətin peşəkarlığını eyni götürsək, onda ödənişlərin səviyyəsi demək olar ki, autosors tərəfə sərfəli olacaq. Lakin şirkətin ştatında müxtəlif sahələrin mütəxəssisləri olduğu üçün, Sifarişçi həm də bir çox məsələlər üzrə məsləhətləşmək imkanı əldə edir.