Müştərilərə göstəilən anlayış və xidmətlər onların rəğbətini və etibarını qazanmağa kömək edir. Bəzən qaydalardan kənar çıxaraq onların istəklərini yerinə yetirmək, ilk anda zərərə aparacaq hal, sonradan daha çox gəlirə səbəb olur.
Qanunvericiliklə, müştəri aldığı malı 14 gün ərzində geri təhvil verə, dəyişdirə yaxud pulunu geri ala bilər. Buna səbəb olmalıdır. Bu səbəblərdən biri də malın keyfiyyətinin yaxud istifadəsinin xoşuna gəlməməsi ola bilər.
Bəzi müəssisələr buna qarşı çıxır ki, istifadə olunub. Amma bu onlara olan etibarı məhv edir və müştərinin ondan rəqiblərə getməsi, həmçinin onlarla potensial müştərilərə olan neqativ fikirlər olacaq.