İlin sonunda kiçik startaplardan tutmuş nəhəng korporasiyalara qədər bütün şirkətlərdə bitən ili yekunlaşdırır, uğurları və uğursuzluqları təhlil edirlər.

Bu, rəhbərliyə məqsəd və vəzifələrə yenidən baxmağa, strategiyanı tənzimləməyə, şirkətin həyatının ümumi mənzərəsini görməyə, əməkdaşlara isə şirkətin uğurundakı töhfələrini qiymətləndirməyə imkan verir.

Şirkətdə ilin yekunlaşdırması, minlərlə anlaşılmaz göstəricilər və mürəkkəb terminlər, korporativdən öncə baş direktorun sonsuz uzun çıxışları, rəhbərliyin infoqrafika və hər şöbənin ətraflı təqdimatı ilə çıxışlar, yaxud rəhbərlərin və əsas əmədaşların iştirakı ilə darıxdırıcı hesabat təqdimatları ilə yadda qalır. Çox vaxt bu tədbirlər bütün iştirakçıların yalnız məruzələrini oxumaq üçün toplaşdıqları elmi simpoziumdakı çıxışı xatırladır. 

Ancaq ili yekunlaşdırmaq güclü bir vasitədir. Şirkətin əsas layihələrini və mövcud korporativ strategiyayasının nə dərəcədə uyğun olduqlarını təhlil etmək, işçiləri vacib hadisələr barədə məlumatlandırmaq, ilin satış nəticələri, tamamlanmış layihələr haqqında məlumatı paylaşmaq və gələn il üçün planlar haqqında məlumat vermək, rəhbərlər, şöbələr və əməkdaşlar arasında kommunikasiya yaratmaq, işçiləri həvəsləndirmək və təşviq etməyə imkan verir.

Bu təqdimatlar nə qədər darıxdırıcı görünsə də, onları daha müasir və maraqlı etmək olar. 

Prezentasiyanın hazırlanması müasir və kreativ yanaşma tələb edir. Gözəl təqdimat şablonu seçmək, eyni üslubda qrafiklər, piktoqramlar, nişanlar və cədvəllər əlavə edərək slaydları daha maraqlı yaratmağa kömək edəcək. Slaydların sayını minimuma endirmək və hər birinin altına aydınlaşdırıcı qeydlər yazmaq lazımdır. Məlumatın mahiyyətini hamı üçün əlçatan bir dildə izah etmək daha məqsədəuyğundur. Spikerin, atmosferi və emosiyaları çatdırmaq, əhval-ruhiyyəsi ilə bölüşməyə kömək edən video və animasiyalar yaradıcılıq üçün geniş imkan yaradır.

İllik hesabatlara yaradıcı yanaşma onu əmakdaşlar üçün də maraqlı edəcək.