9 günlük Novruz tətilinin nəticəsi – artmış kiloqramlar, pozulmuş yuxu rejimi və yaranmış tənbəlliklə ödənilən istirahətdir. Bayramdan sonra çoxları boşluq və apatiya hiss etməyə başlayır. Hələ bir müddət insanlar iş qrafikinə qayıda bilmir, onların işə getməmək kimi güclü istəkləri yaranır. 

İş – insan həyatının əhəmiyyətli, sistemləşdirən, ayrılmaz hissəsidir. O, yalnız insanların həyatını təmin etmək üçün yer deyil, həm də əyləncədir. İş yeri, insanın şəxsiyyət kimi yetişdiyi, inkişaf etdiyi, özünü reallaşdırdığı, ömür boyu yaşadığı bir prosesdir. İnsan təkcə öz şəxsi inkişafına deyil, yaşadığı cəmiyyətə də öz töhfələrini verir. Buna görə də əmək sadəcə öz vaxtının pula dəyişdirmə məkanı deyil, həm də insanın inkişafı və özünü realizasiya, formalaşdırma, reallaşdırması prosesidir. Bu baxımdan, insanların öz işi ilə məşğul olması vacibdir. Amma vacib deyil ki, nə işdir, çünki hər kəsin xarakter və şəxsi keyfiyyətlərinə görə öz fəaliyyət sahəsi var.

Uzun bayramlardan sonra işə qayıtmaq istəmirsinizsə, deməli iş sizə məmnunluq gətirmir.